Avstraliyada təkmühərrikli təyyarə qəzaya uğrayıb

7-10-2023, 10:51           
Avstraliyada təkmühərrikli təyyarə qəzaya uğrayıb
Təkmühərrikli, beşnəfərlik təyyarə Avstraliyanın paytaxtı Kanberra yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumata görə, qəza nəticəsində azı bir nəfər ölüb.

Departamentdən təkmühərrikli “Cirrus SR22” təyyarəsinin yerli vaxtla təxminən saat 15:00-da (Bakı vaxtı ilə 10:00 - red.) Kanberra hava limanından havaya qalxdığı, lakin uçuşun altıncı dəqiqəsində təyyarənin qəzaya uğrayaraq alovlandığı bildirilir.
Qeyd edək ki, təcili yardım xidmətləri ölümlə nəticələnən təyyarə qəzası yerindədir. Hadisə yeri polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru