Təl-Əvivdə bina raket hücumu nəticəsində uçub

8-10-2023, 08:59           
Təl-Əvivdə bina raket hücumu nəticəsində uçub
“HƏMAS”ın İsrailin Təl-Əviv şəhərinə etdiyi raket hücumu nəticəsində bir bina uçub.

“Report” xəbər verir ki, bu barədə “Haaretz” nəşri İsrail Yanğınsöndürmə Xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, iki yaralı binanın dağıntıları altından çıxarılıb.

Məlumata görə, hazırda binada axtarış-xilasetmə əməliyyatı aparılır.

Qeyd edək ki, “HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 250-dən çox yerli sakin ölüb, 1 452 nəfər xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru