Konqoda uşaqların tapdığı bomba partlayıb: 15 nəfər həlak olub

8-10-2023, 09:32           
Konqoda uşaqların tapdığı bomba partlayıb:
Konqonun şərqində bir qrup uşağın oyun zamanı tapdıqları partlayıcı qurğunun işə düşməsi nəticəsində ən azı 15 nəfər ölüb.

Qeyd olunur ki, hadisə Şimali Kivu əyalətinin Masisi ərazisində yerləşən Kyanqitsi kəndində baş verib.

Belə ki, bəzi sakinlər uşaqların gətirdiyi əşyanın nə olduğunu anlamağa çalışarkən, bomba partlayıb.

Hələlik hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Mənbə: ABC News












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru