İngiltərəli qadın saçlarını boyadıqdan sonra görmə qabiliyyətindən məhrub olub

17-10-2023, 10:44           
İngiltərəli qadın saçlarını boyadıqdan sonra görmə qabiliyyətindən məhrub olub
İngiltərə sakini, 49 yaşlı Şafran Vil saçlarını boyadıqdan sonra bir neçə günlük görmə qabiliyyətini itirib. Qadının yüzlərlə dəfə istifadə etdiyi boyaya qarşı allergiyaya görə kor olub.

Qeyd olunur ki, Vil həmişə eyni boyadan istifadə edib. Sonuncu prosedurdan sonra qadının səhhətində problemlər yaranıb – onun üzü və gözləri şişib. Daha sonra tibb işçiləri ona allergiyasının olduğu barədə məlumat veriblər, daha sonra dərisinə dərman məlhəmi çəkiblər və antihistamin preparatla müalicə kursu təyin ediblər.

“10 gün ərzində başım ağrıyırdı, şişkinliyin keçməsi üçün təxmini bu qədər vaxt keçməli olub. Səhər yeməyində nə yediyimi belə bilmirdim, çünki sadəcə onu görə bilmirdim”, - deyə britaniyalı qadın bildirib.
Mənbə: The Mirror












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru