Binəqədi rayonunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
Bununla bağlı Baş prokurorluq məlumat yayıb.
Belə ki, bu gün saat 14 radələrində yaralılardan 1 nəfər - Rüstəmov Adil Aydın oğlu (1996) göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd olunub ki, Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.