Azərbaycan bu ölkədən 33 manatdan yoqurt alır
Bu gün, 17:24

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana 4,87 ton yoqurt və oxşar məhsullar idxal olunub.
Valyuta.az statistik məlumatlara əsasən xəbər verir ki, bu məhsulların idxalı üçün ümumilikdə 19,1 min ABŞ dolları xərclənib.
Azərbaycan əsasən dörd ölkədən - İran, Almaniya, Belçika və İtaliyadan yoqurt idxal edib.
Beləliklə, 2025-ci ilin ilk yarısında Azərbaycana gətirilən yoqurtun əsas hissəsi İrandan idxal olunub. Bu ölkədən 3,4 ton məhsul alınıb və buna görə 4,42 min dollar ödənilib. 1 kiloqram yoqurtun qiyməti təxminən 1,3 dollar və ya 2,21 manata başa gəlib.
Almaniyadan isə cəmi 20 kiloqramlıq yoqurt idxal olunub, Cəmi 390 dollar dəyərində olan bu məhsulun 1 kiloqramı 19,5 dollar və ya 33,15 manatla hesablanıb.
Belçika da böyük həcmlə yoqurt göndərən ölkələr sırasındadır. Buradan gətirilən 1,43 ton məhsula görə 14,13 min dollar ödənilib. Orta hesabla 1 kiloqramın qiyməti 9,88 dollar və ya 16,7 manat olub.
İtaliyadan isə cəmi 20 kiloqramlıq yoqurt idxal olunub və bu, ölkəyə 150 dollara başa gəlib. 1 kiloqram üçün qiymət isə 7,5 dollar və ya 12,75 manat olub.