Türkiyədə yeniyetmə zibil qutusunun yanından külli miqdarda qızıl tapdı
Bu gün, 16:58
Türkiyənin Batman şəhərində yaşayan 15 yaşlı Ömər Çoban nümunəvi davranışı ilə gündəmə gəlib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilir ki, yeniyetmə zibil qutusunun yanında tapdığı, dəyəri təxminən 1,6 milyon lirə (təxminən 66 min manat) olan qızıl zinət əşyalarını polisə təhvil verib. Onun bu addımı nümunəvi davranış kimi dəyərləndirilib.