İspaniyada ənənəvi pomidor döyüşləri baş tutdu

Bu gün, 17:18           
İspaniyada ənənəvi pomidor döyüşləri baş tutdu
İspaniyanın kiçik Bunyol şəhərində məşhur "Tomatina" festivalı baş tutub.

Bu barədə "El Pais" məlumat yayıb.

Minlərlə festival iştirakçısı bir-birinə 120 ton pomidor atıb. Günortaya yaxın bir neçə yük maşını mərkəzi şəhər meydanına pomidor gətirib. Bundan sonra şəhərdə xaos başlayıb.

Qeyd edək ki, festivalda 2013-cü ildən etibarən iştirakçıların sayını 20 000 nəfərlə məhdudlaşdıran rəsmi bilet satışı sistemi fəaliyyət göstərir. Bütün dünyada məşhurlaşan tərəvəz döyüşü hər il avqustun axır çərşənbəsində keçirilir.

Kiçik İspan şəhərciyinə dünyanın hər yerindən turistlər gəlirlər. Ənənəvi olaraq döyüş təxminən bir saat davam edir. "Tomatina" İspaniya televiziyasında yayımlanır. Festivalın rəngarəngliyini vurğulamaq üçün bir çox iştirakçı ağ köynək geyinir.

Döyüşlər başa çatdıqdan sonra su şlanqları və yanğınsöndürən maşınların köməyi ilə küçələr və evlər pomidor qalıqlarından təmizlənir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru