Öz toyuna gedən gənc faciəvi şəkildə vəfat etdi - FOTO

24-02-2024, 10:04           
Öz toyuna gedən gənc faciəvi şəkildə vəfat etdi - FOTO
Ötən gün Yevlax rayon Qaraoğlan kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

TEREF İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə zamanı həyatını itirən 1996-cı il təvəllüdlü Elnur Şubay oğlu Abdullayev özünün toy mərasimi üçün gedirmiş.

Məlumata görə, o, Şəki rayon Böyük Dəhnə kənd sakini olub. E.Abdullayevin fevralın 24-də qız toyu olacaqmış. Bədbəxt hadisə də o, Bakıdan Şəkiyə gedən zaman baş verib.

Xatırladaq ki, yol qəzası E.Abdullayevin idarə etdiyi "Opel" markalı avtomobillə "Mercedes" markalı yük avtomobilin toqquşması nəticəsində baş verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru