Cari ilin yanvar-iyun aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilər (vətəndaşlığı olmayan şəxslər) qidalanmaya ümumilikdə 281 milyon manat xərcləyiblər.
Valyuta.az xəbər verir ki, qidalanmaya ən çox vəsait sərf edənlər Rusiya Federasiyasından gələn turistlər olub. Bu müddət ərzində onlar qidalanmaya 70 milyon 469,2 min manat xərc çəkiblər.
2-ci yerdə 34 milyon 705,2 min manatla Türkiyə qərarlaşıb. Onu bir az fərqlə -34 milyon 323,6 min manatla Hindistan izləyib.
Səudiyyə Ərəbistandan gələn turistlər 15 milyon 648,9 min manat, Birləşmiş Ərəb Əmirliklərindən gələnlər isə 8 milyon 669,3 min manat xərcləyiblər.
İsrail vətəndaşlarının bu sahədə xərcləri 8 milyon 437,8 min manat təşkil edib. Gürcüstandan gələn turistlər 7 milyon 821,3 min manat, Çindən gələnlər isə 7 milyon 657,8 min manat xərcləyiblər.