Fransa bir əsr əvvəl edam edilmiş kralın kəlləsini Madaqaskara qaytarıb
Bu gün, 17:18
Fransa 1897-ci ildə fransız müstəmləkə qoşunları tərəfindən başı kəsilmiş Kral Toeraya məxsus olduğu ehtimal edilən kəllənin də daxil olduğu üç baş skeletini Madaqaskara qaytarıb.
Bu barədə "France 24" telekanalı xəbər verir.
Bu, insan qalıqlarının dövlət kolleksiyalarından qaytarılması ilə bağlı 2023-cü il tarixli Fransa qanununun ilk praktik tətbiqi oldu.
Nəşrin yazdığına görə, Kral Toera 19-cu əsrin sonlarında Fransanın müstəmləkəçiliyinə müqavimət göstərən Madaqaskarın qərb sahillərindən olan Sakalava etnik qrupunun liderlərindən biri olub.
Kəllələr Paris muzeyində müstəmləkə dövrünün qənimətləri kimi saxlanılıb.