MTN generalı Hilal Əsədovun sürücüsü jurnalistə hücum edib

18-08-2016, 16:49           
MTN generalı Hilal Əsədovun sürücüsü jurnalistə hücum edib
Pərviz Həşimli polisə gedib, Hilal Əsədovun xanımı onu təhqir edib
Gununsesi.info saytının baş redaktoru, vicdan məhbusu Pərviz Həşimli hazırda Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinə aparılıb.

Musavat.com xəbər verir ki, bu barədə P.Həşimli sosial şəbəkədə məlumat verib. P.Həşimli yazıb ki, sabiq milli təhlükəsizlik nazirinin keçmiş müavini Hilal Əsədovun sürücüsü ona hücum edib: “Hilal Əsədovun sürücüsü mənə hücum elədi, dedi ki, sən Nüşabə Əsədovadan yazmısan, onu qovublar işdən. Nüşabə məni təhqir elədi”.
Musavat.com xatırladır ki, N.Əsədova Nərimanov rayon 20 saylı Uşaq Poliklinikasının baş həkimi işləyib. Media onun əri Hilal Əsədov işdən çıxarılandan sonra ondan bir neçə dəfə açıqlama alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru