“Telegram”a YENİLİK gəlir

10-04-2024, 16:14           
“Telegram”a YENİLİK gəlir
“TON Society” süni intellekt həllərinin işlənib hazırlanmasında ixtisaslaşan “HumanCode” şirkəti ilə birlikdə “Telegram” istifadəçiləri üçün biometrik autentifikasiyanı inteqrasiya edir.

Bu barədə TON bloqunda xəbər verilib.

Bildirilir ki, bu əməkdaşlığın əsas məqsədi innovativ biometrik yoxlama sisteminin yaradılması və tətbiqidir. Yenilik “Telegram” istifadəçilərinə ovuc izlərini skan edərək şəxsiyyətlərini təsdiq etməyə imkan verəcək.

Texnologiyanın yaxın beş il ərzində istifadəyə veriləcəyi gözlənilir. Bu təşəbbüs təkcə asan identifikasiya üçün deyil, həm də botlarla mübarizə üçün hazırlanır.


Bildirilir ki, texnologiya kriptovalyutaların “Airdrop” və əməliyyat təhlili kimi yüksək orijinallıq və məxfilik tələb edən əməliyyatlarda əsas rol oynayacaq.

Məənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru