Şamaxıda yanğın: alov meşə zolağına keçdi

18-08-2016, 23:11           
Şamaxıda yanğın: alov meşə zolağına keçdi
ir müddət əvvəl Şamaxı rayonunun Şərədil kəndi ərazisində yanğın başlayıb. Artıq yanğının miqyasının böyüdüyü bildirilir.

Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər.

Məlumata görə, əvvəlcə kəndin ərazisindəki örüş sahəsində başlayan yanğın qısa zamanda genişlənib və artıq meşə zolağına keçib.

Hazırda Şamaxı və Ağsu rayon Yanğından Mühafizə xidmətlərinin əməkdaşları yanğının söndürülməsinə cəlb olunublar.

Artıq Ağsu dolaylarına yaxın olan meşə zolağında da yanğın başlayıb. Yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru