Ermənistanda əsgər özünü güllələyib

11-04-2024, 12:14           
Ermənistanda əsgər özünü güllələyib
Ermənistanda əsgər özünü güllələyib.

Məlumata görə, Qeqarkunik rayonunda (Göyçə mahalının Çəmbərək rayonu - red) Daxili İşlər Nazirliyinin yerli polis şöbəsinə tibb mərkəzindən güllə yarası almış vətəndaşın gətirildiyi barədə məlumat daxil olub.

Polis müəyyən edib ki, Araqatsotn rayon (Şorəyel mahalı - red) sakini, 19 yaşlı Tiqran Ç. odlu silahı doldurarkən ehtiyatsızlıqdan ayağına atəş açması nəticəsində sol ayağından güllə yarası diaqnozu ilə xəstəxanaya aparılıb.

Yaralı hərbi qulluqçudur.
Hadisə ilə bağlı Ermənistan Respublikası İstintaq Komitəsində cinayət işi başlanıb.

Mənbə: Ermənistan KİV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru