Rusiyanın böyük şəhərini su basdı

11-04-2024, 11:20           
Rusiyanın böyük şəhərini su basdı
Rusiyanın Orenburq şəhərində 3,6 mindən çox həyətyanı ərazini və 2 mindən çox evi su basıb.

Referans.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə şəhər başçısı Sergey Salmin jurnalistlərə bildirib. Onun sözlərinə görə, vəziyyət mürəkkəb və gərgin olaraq qalır.

Xatırladaq ki, Orenburq şəhəri yaxınlığında Ural çayında suyun səviyyəsi artaraq 1060 santimetrə çatıb. Təhlükəli xətt 930 santimetr sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru