Rövşən Lənkəranlının ailəsi - "Mərhumun cənazəsini vətənə ailəsi gətirib!"

22-08-2016, 19:43           
Rövşən Lənkəranlının ailəsi - "Mərhumun cənazəsini vətənə ailəsi gətirib!"
Avqustun 18-i gecə saatlarında Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsinin Lənkəranlı iş adamı Mübariz Mənsimovun təyyarəsi ilə gətirilməsi xəbəri həqiqətə uyğun deyil.
Bu haqda Gununsesi.info-ya məlumat verən mənbənin sözlərinə görə, R.Lənkəranskinin cənazəsinin gətirildiyi təyyarə Azərbaycanın Türkiyədəki səfirliyinin vasitəçiliyi ilə ailəsinin hesabına AZAL şirkətindən kirayələnərək Lənkəran Beynəlxalq Hava Limanına enib.
Qeyd edək ki, Rövşən Canıyevin (Lənkəranski) cənazəsinin Azərbaycanlı iş adamı Mübariz Mənsimovun təyyarəsi ilə Azərbaycana gətirilməsi haqda yerli və xarici mətbuat xəbər yaysa da, Türkiyədə fəaliyyət göstərn Palmali Şirkətlər Qrupunun rəhbəri, iş adamı Mübariz Mənsimov bunun əksini ifadə edən açıqlama verməyib. Bu isə öz növbəsində haqlı narazılıq yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru