Azay Quliyev Astanada nüvə tədbirində ATƏT PA adından çıxış edəcək

27-08-2016, 09:19           
Azay Quliyev Astanada nüvə tədbirində ATƏT PA adından çıxış edəcək
Azərbaycan Milli Məclisinin deputatları Azay Quliyev və Səməd Seyidov avqustun 27-dən 31-dək Qazaxıstanda səfərdə olacaqlar. Gundelik-baku.com Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfərdən məqsəd ölkənin paytaxtı Astana şəhərində keçiriləcək "Nüvə silahından azad dünyanın inşa edilməsi" adlı beynəlxalq konfransda iştirak etməkdir. A.Quliyev isə ATƏT PA-nın vitse-prezidenti qismində bu qurumu təmsil edəcək. Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti A.Quliyev konfransın plenar iclasında ATƏT PA-nın adından çıxış edəcək və konfransın mövzusu ilə əlaqədar təşkilatın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdıracaq. Səfər çərçivəsində A.Quliyevin bir sıra ikitərəfli görüşləri, o cümlədən Qazaxıstan Senatının Sədri Kasım-Jomart Tokayev ilə görüşü nəzərdə tutulub. A.Quliyevin Qazaxıstan Senatının Sədri ilə görüşü zamanı ilk növbədə bu ölkə ilə ATƏT PA arasında mövcud münasibətlərin durumu və gələcək perspektivləri müzakirə ediləcək. Görüş çərçivəsində, həmçinin Azərbaycanla Qazaxıstan parlamentlərarası ikitərəfli münasibətlər, o cümlədən ATƏT PA çərçivəsində Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında tərəfdaşlıq, bu tərəfdaşlığın daha da gücləndirilməsi və əlaqələrin daha sıx koordinasiya edilməsi məsələləri müzakirə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru