Ermənistanda traktor minaya düşdü

25-07-2024, 09:08           
Ermənistanda traktor minaya düşdü
Ermənistanın Tavuş rayonunun Kirants sərhəd kəndində traktor minaya düşüb.

"Sputnik Ermənistan" xəbər verir ki, traktorun sürücüsü yüngül xəsarət alıb.

Məlumata görə, traktor sərhəddə mühəndis işləri apararkən minaya düşüb. Nəticədə texnika tamamilə sıradan çıxıb.

Zərərçəkmiş sürücü isə İcevan şəhər xəstəxanasına çatdırılıb. Onun vəziyyətini həkimlər qənaətbəxş kimi qiymətləndiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru