Məhkəmə professor Rövşən Novruzoğlu barədə qərar verdi

12-09-2024, 00:03           
Məhkəmə professor Rövşən Novruzoğlu barədə qərar verdi
Ali Məhkəmədə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruz oğlu Vəliyev (Rövşən Norvruzoğlu) barəsində qərar verib.
Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, R.Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Rövşən Vəliyevin şikayətini təmin etməyib.
Professor Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. İttihama görə, Rövşən Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.
Rövşən Vəliyev 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru