Ukraynada 14 yaşlı uşaq oğurladığı avtomobillə polisdən qaçarkən saxlanıldı

Bu gün, 12:19           
Ukraynada 14 yaşlı uşaq oğurladığı avtomobillə polisdən qaçarkən saxlanıldı
Rovnoda (Ukrayna) oğurlanmış "Mitsubishi Pajero" markalı avtomobili idarə edən 14 yaşlı yeniyetmə patrul xidmətinin əməkdaşlarından gizlənib.

Oxu.Az sud.ua-ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verilib.

Qeyd olunub ki, patrul əməkdaşları "Mitsubishi Pajero" markalı avtomobilin sürücüsü bordürü aşıb və polis avtomobilini görərək qaçmağa başlayıb.

Sürücü dayanma tələbinə tabe olmayıb, yol hərəkəti qaydalarını pozaraq təhlükəli vəziyyət yaradıb.

Sonda o, yol nişanına çırpılıb, sonra isə maşından düşüb qaçmağa başlayıb.

"Patrul əməkdaşları onu saxlayıblar. Uşaq avtomobilin ona məxsus olmadığını etiraf edib - o, avtomobili Rovno vilayətinin Şubkov kəndində açarları ilə birlikdə tapıb və avtomobildə gəzmək qərarına gəlib", - polis bildirib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.