YAZIÇI VAQİF SULTANLININ “SƏHRA SAVAŞI” ROMANI YENİDƏN YAYINLANDI

14-10-2024, 18:24           
YAZIÇI VAQİF SULTANLININ “SƏHRA SAVAŞI” ROMANI YENİDƏN YAYINLANDI
Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” adlı romanı yenidən nəşr
olunmuşdur. “Kritika” nəşriyyatının yayınladığı, şərti-metafоrik üslubda qələmə
alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələ-
cəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır.
İnsanlığın keçib gəldiyi yolun ənənəvi axarda deyil, tərs müstəvidə canlandırılması
müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan verir.
“Səhra savaşı” romanı XXI yüzildə qloballaşan dünyaya hakim olan
özgələşmə, yaddasızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi-əxlaqi çöküş
və humanitar böhranla müşayiət olunan bəşəri problemlərə sərt etiraz ruhu ilə
seçilir. Süjet hörüyü fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın baş
qəhrəmanı kimi canlandırılan Qocanın timsalında yer üzündə dərinləşməkdə olan
ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın gerçək mahiyyətini
aşkarlamağa yönəlik sorunlara aydınlıq gətirilməsinə çalışılır.
Qeyd edək ki, ilk dəfə 2015-ci ildə Azərbaycan oxucularına təqdim olunan
roman daha sonra Türkiyə, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya,
Ukrayna, İran və başqa ölkələrdə yayınlanmış, haqqında müxtəlif səpkili
araşdırmalar aparılmışdır.
ЕУКУА












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru