Azay Quliyev Makedoniyanın xarici işlər naziri ilə görüşüb

2-10-2016, 01:26           
Azay Quliyev Makedoniyanın xarici işlər naziri ilə görüşüb
ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyeva Makedoniya Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Nikola Popeski ilə görüşüb. Trend-in məlumatına görə, bu haqda Makedoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, görüş ATƏT PA-nın Makedoniyanın paytaxtı Skopyedə keçirilən payız Sessiyasın çərçivəsində baş tutub.
Görüşdə Makedoniyada yaxın günlərdə baş tutacaq seçkilərin ədalətli və demoratik keçirilməsindən, ATƏT PA, ATƏT DTİHB-in və digər beynəlxalq təşkilatların ciddi monitorinqinə ehtiyacdan və digər həlli vacib məsələlərdən danışılıb.
Qeyd edək ki, ATƏT PA vitse prezidenti Azay Quliyev Makedoniyada keçiriləcək seçkilərdə ATƏT PA müşahidə missiyasının rəhbəridir.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru