İranda dəm qazından kütləvi zəhərlənmə baş verib

7-12-2024, 16:25           
İranda dəm qazından kütləvi zəhərlənmə baş verib
İranın paytaxtı Tehranda tələbə yataqxanalarından birində 44 nəfər dəm qazından zəhərlənib.

Oxu.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

"Təcili yardım mütəxəssisləri üç zərərçəkmişə hadisə yerində yardım göstərib, daha 41 nəfər xəstəxanalara çatdırılıb", - agentlik bildirib.

Hadisənin digər təfərrüatı barədə məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru