Bəşər Əsədin sirri: Suriya lideri sarayın divarları arxasında nə gizlədirdi?

12-12-2024, 09:30           
Bəşər Əsədin sirri: Suriya lideri sarayın divarları arxasında nə gizlədirdi?
Suriya müxalifət döyüşçüləri keçmiş Prezident Bəşər Əsədin sarayını ələ keçirərkən otaqların birində psixi xəstəliklərin müalicəsi üçün həblər tapıblar.

Bu barədə "New York Times" məlumat verir.

Bildirilir ki, tapılan dərmanlar arasında həkimlərin yuxusuzluq və təşviş pozğunluqlarının müalicəsi üçün təyin etdiyi benzodiazepin var.

Həmçinin, sarayda Əsədin kitabları tapılıb, onların arasında onun öz avtobioqrafiyası və Rusiya Silahlı Qüvvələrinin tarixi var.

Xatırladaq ki, dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçiriblər. Suriya ordusunun komandanlığı Əsədin hakimiyyətinin başa çatdığını elan edib. Keçmiş prezidentin özü isə ölkəni tərk edərək sığınacaq aldığı Rusiyaya gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru