İŞİD-ə ağır zərbə: 34 ölü

3-10-2016, 23:53           

İraqın Mosul şəhərinin Kayyara qəsəbəsini yenidən ələ keçirməyə cəhd edən İŞİD terrorçularının qarşısı alınıb.

Axar.az xəbər verir ki, bu barədə İraq ordusunun 15-ci korpus komandanı Məhəmməd Bədri deyib.

“İŞİD 80 döyüşçü və 4 bomba yüklənmiş avtomobillə Kayyaranı almağa cəhd etdi. Koalisiyanın da dəstəyi ilə hücumun qarşısı alındı və 34 terrorçu öldürüldü. Digərləri isə qaçmağa müvəffəq oldu. Olayda yalnız 1 əsgərimiz yüngül yaralanıb”, - Bədri bildirib.

Qeyd edək ki, İraq ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri bir neçə ildir ki, Mosulu İŞİD-dən almaq üçün hazırlıqlar görür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru