Tərtərli boksçular respublika turnirində uğurlu nəticələr əldə ediblər

4-10-2016, 10:41           

Tərtərli boksçular Balakən şəhərində keçirilən respublika turnirində uğurlu nəticələr əldə ediblər. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər Uşaq Gənclər İdman Məktəbinin məşqiçi müəllimi Faiq Məmmədovu və gənc idimançıları qəbul edib.
Görüşdə Faiq Məmmədov bildirib ki, yarışda Tərtər rayonunu 6 idmançı təmsil edib. Tərtərli boksçular turnirdə üç medal qazana biliblər. Belə ki, 54 kiloqram çəki dərəcəsində Elşən Cəbizadə və 75 kiloqram çəki dərəcəsində Murad Allahverdiyev birinci, 50 kiloqram çəki dərəcəsində isə Azad Əlizadə üçüncü yerə layiq görülüblər.
Rayon rəhbəri məşqçi Faiq Məmmədovu və onun yetirmələrini qazandıqları uğura görə təbrik edib, gənc boksçulara yeni-yeni nailiyyətlər arzulayıb.
Sonda məşqçi müəllimə və idmançılara rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyə və pul mükafatı təqdim olunub.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru