Bakıda DƏHŞƏT: iş adamı villasında özünü güllədi - mərhum tikinti şirkətinə rəhbərlik edirmiş

4-10-2016, 13:28           
Bakıda DƏHŞƏT: iş adamı villasında özünü güllədi - mərhum tikinti şirkətinə rəhbərlik edirmiş
Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsində 1956-cı il təvəllüdlü Zəlimxan Bünyatov yaşadığı villada özünü güllələyib. O, hadisə yerindəcə keçinib.

Bildirilir ki, hadisə baş verərkən Z.Bünyatovun ailə üzvləri evdə olub. O, "Vinçester" markalı tüfəngi götürərək hamam otağına keçib və burada özünə atəş açıb. Səsə gələn ailə üzvləri 50 yaşlı kişinin həyatını xilas edə bilməyib.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, intihar edən şəxs biznesmen olub və tikinti şirkətinə rəhbərlik edirmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru