Azərbaycanın radara düşməyən yeni PUA-ları - FOTOLAR

4-10-2016, 13:35           
Azərbaycanın radara düşməyən yeni PUA-ları - FOTOLAR
“ADEX 2016” beynəlxalq müdafiə sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yeni nəsil pilotsuz uçuş aparatlarını nümayiş etdirib.

AzVision.az xəbər verir ki, bunlar “Orbiter 3” və “Orbiter 4” pilotsuz uçuş aparatlarıdır.

Bu pilotsuz uçuş aparatları sırf kəşfiyyat xarakterlidir. Çox böyük hündürlükdə belə onları idarə etmək mümkündür.

“Orbiter 3” 6 saat, “Orbiter 4” isə 24 saat havada qalmaq imkanına malikdir. “Orbiter 4” pilotsuz uçuş aparatının bir qanadından digər qanadına qədər olan uzunluğu 5,4 m, çəkisi 50 kq, yük götürmə qabiliyyəti 12 kq, maksimal sürəti 70 kts-dir. Bu pilotsuz uçuş aparatı 150 km məsafəyə kimi gedib qayıda bilir.

Hər iki pilotsuz uçuş aparatları radara düşmür.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru