Ermənilər 146 nəfər itirdiklərini deyirlər

5-10-2016, 18:20           
Ermənilər 146 nəfər itirdiklərini deyirlər
Ötən illə müqayisədə 2016-cı ildə Ermənistan ordusunda qətl və intihar halları 4 dəfə çoxalıb.

AzVision.az Ermənistan KİV-inə istinadən xəbər verir.

Ermənistan rəsmiləri orduda 2015-ci ildə 3 qətl, 5 intihar hadisəsi qeydə alışdısa, bu ilin ilk 9 ayında qətllərin sayının 12-yə, intiharların sayının isə 10-a çatıb.

Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin məlumatına əsasən, hazırda Ermənistan ordusunda 146 ölüm faktı qeydə alınıb: “Onların 77-si aprelin 1-5-i baş verən döyüşlərdə, 69 fakt isə bədbəxt hadisə, təbii fəlakət, qətl, intihar və atəşkəs rejiminin pozulması nəticəsində həlak olub”.

Hesabat dövründə ölüm hallarının 20-si Ermənistan, 126-sı isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru