Zakir Qaralov prokuroru vəzifəsindən azad etdi - Yeni təyinatlar

5-10-2016, 21:25           

Prokurorluq orqanlarında kadr dəyişikliyi baş verib.

Baş prokuror Zakir Qaralovun əmri ilə Sabirabad rayon prokuroru Seyfəddin Həsənov vəzifəsindən azad olunub. Zakir Qaralovun digər əmri ilə Neftçala rayon prokuroru Pərvin Quliyev vəzifəsindən azad olunaraq Sabirabad rayon prokuroru təyin edilib. Aydın Əliyev isə Neftçala rayon prokuroru təyin edilib. Məlumat Baş prokurorluqdan təsdiqlənib. (Bizimyol.info)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.