ABŞ-da ata azyaşlı oğlan və qız övladlarını güllələyib

6-10-2016, 09:08           
ABŞ-da ata azyaşlı oğlan və qız övladlarını güllələyib
ABŞ-ın Oreqon ştatının Biverton şəhərində iki uşaq ataları tərəfindən güllələnərək qətlə yetirilib.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı NBC telekanalı məlumat yayıb.
Polisin məlumatına görə, kişi yaşadıqları mənzildə əvvəlcə 6 yaşlı oğlunu və 8 yaşlı qızını güllələyib, ardınca özünü öldürüb. Onları geri qayıdan zaman evin xanımı aşkar edib.
Polis faktla bağlı araşdırma aparır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.