«Səba» ASC-də ixtisarlar

6-10-2016, 13:40           
«Səba» ASC-də ixtisarlar
«Səba» ASC 60 əməkdaşını ödənişsiz məzuniyyətə göndərib.

Bu barədə Turan-a şirkətin adının çəkilməsini istəməyən əmakdaşı bildirib.

Onun sözlərinə görə, oktyabın 1-də iclas keçirilib və elan edilib ki, bu, istehsal ziyanı ilə bağlıdır.

Bundan başqa, işləyən əməkdaşların maaşı 40% azaldılıb.

Qeyd edək ki, ASC-nin sədri Fuad Ələkbərov agentlikdən dəfələrlə edilən zənglərə cavab verməyib.

Yeri gəlmişkən, agentlik «Səba» ASC-də gözlənilən ixtisarlar barədə hələ sentyabrda yazmışdı. Amma o vaxt Fuad Ələkbərov informasiyanı təkzib etmiş və bu xəbəri fitnəkarlıq adlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru