İşğalçı Ermənistan Müdafiə Nazirliyi bir erməni əsgərinin yaralandığı barədə xəbər yayıb.
Erməni tərəfi iddia edib ki, 20 yaşlı Ayk Levoniviç Ambarçumyan cəbhədə baş verən atışma zamanı yaralanıb.
“Oktyabrın 7-i saat 08:30 radələrində Ermənistan ordusunun hərbi hissələrindən birinin hərbi qulluqçusu, 1996-ci il təvəllüdlü Ayk Levoniviç Ambarçumyan atışma zamanı güllə yarası alıb”.