Axtarışlar davam edir – 126 ölü, 188 yaralı

8-01-2025, 00:10           
Axtarışlar davam edir – 126 ölü, 188 yaralı
Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda baş verən güclü zəlzələ zamanı azı 126 nəfər ölüb,188-i yaralanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Çin dövlət televiziyası məlumat verib.

Qeyd olunub ki, bu gecə ərazidə temperaturun 16 dərəcəyədək enəcəyi proqnozu səbəbilə genişmiqyaslı xilasetmə əməliyyatına start verilib. Bildirilib ki, dağıntılar altında sağ qalanların əksəriyyəti bu gecə donvurmadan ölə bilər.

Xatırladaq ki, 10 kilometr dərinlikdə baş verən 7,1 bal gücündəki zəlzələ Tibetlə qonşu olan Nepal və Hindistanın bəzi bölgələrində də hiss olunub.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru