Zaqatalada daha bir azyaşlı öldü

9-01-2025, 09:24           
Zaqatalada daha bir azyaşlı öldü
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü baş verib.

TEREF APA-ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində rayonun Danaçı kənd sakini olan 08.10.2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideyinlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım şöbəsinə gətirilib.

Müayinə zamanı azyaşlı M. Katmayevdə qızdırma, viruz infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib. Azyaşlı təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Aparılan həkim müdaxilələrinə baxmayaraq axşam saat 19 radələrində Reanimasiya şöbəsində M. Katmayevdə bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, 07.01.2025-ci il tarixində Zaqatala RMX-nın doğum şöbəsində yeni doğulan körpə ölümü baş verib.

Hər iki faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru