Boliviyada daşqınlar 16 nəfərin həyatına son qoyub

Dünən, 15:24           
Boliviyada daşqınlar 16 nəfərin həyatına son qoyub
Boliviyada keçən ilin noyabrından bəri baş verən daşqınlar nəticəsində azı 16 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontes məlumat verib.

Onun sözlərinə görə, daşqınlar nəticəsində 16 013 ailə zərər çəkib, 335 evə ziyan dəyib, 194 ev dağılıb, 16 nəfər həlak olub.

Kalvimontes bildirib ki, ölkənin doqquz departamentində çayların sahillərini aşması təhlükəsi qalmaqdadır. Daşqınlara səbəb olan güclü yağışlar zamanı səlahiyyətlilər 18,3 ton humanitar yardım paylayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.