Qarabağda 2 erməni hərbçinin yaralanması gizlədilib

8-10-2016, 15:10           
Qarabağda 2 erməni hərbçinin yaralanması gizlədilib
Oktyabrin 6-da Ermənistanın ordusunun işğal altında saxladığı Dağlıq Qarabağın şimalında dislokasiya olunan hərbi hissəsində iki hərbçi ayağından yaralanıb. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu “Eqnikner” hərbi hissəsində xidmət edən əsgərlərdən birinin qohumu Lilit Qalstyan bildirib.
Onun sözlərinə görə, yaralananlardan biri Lorivilayətində anadan olan Sarqis Arutyunyandır.
“Mən “Eqnikner”dəki insidentdən xəbər tutmuşam. Bütün günü biz uşağa zəng etmişik, o da orada xidmət edir, ancaq həmin ərazidə şəbəkə olmsayıb. Mən kəşfiyyat idarəsinin rəisi ilə əlaqə saxlamışam, o da iki nəfərin yaralandığını bildirib. Onlar indi hospitaldadır, ancaq harada olduqlarını bilmirəm. Əsgərlər ayaqlarından yaralanıblar, bildiyimə görə, ağır yaralanıblar”, - Qalstyan deyib.
İşğalçı rejimin Qarabağdakı ordusunun mətbuat katibi Senor Asratyan isə bu məlumatları təkzib edib: “Belə hadisə baş versəydi, biz məlumat yayardıq”.
Göründüyü kimi, Qalstyan iki erməni hərbçinin harada, nə vaxt yaralanması barədə konkret fakt söyləsə də, rəsmilər bu xəbəri təkzib edirlər. Bu isə bir daha onu sübut edir ki, işğalçı rejim və onun Ermənistandakı havadarları hər daim itkilərini, yaralılarını gizlətməklə məşğuldur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.