Azərbaycan Ukraynadan 18 min dollarlıq kartof idxal edib

9-10-2016, 23:46           

Cari ilin 9 ayı ərzində Azərbaycan Ukraynadan 18 min dollar məbləğində kartof məhsulu idxal edib.

teref.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.

Azərbaycan bu göstəriciyə görə, idxalçı ölkələr siyahısında III yerdədir. Siyahının I pilləsində Belarus qərarlaşıb. Sözügedən ölkə 9 ayın yekunu üzrə Ukraynadan 1,1 milyon dollar məbləğində kartof məhsulu alıb. Məhsulun idxal həcminə görə Gürcüstan II yerdədir (45 min dollar məbləğində).

Hesabat dövründə Ukrayna özü Fransa, Niderland və Almaniyadan 3,8 milyon dollar məbləğində kartof məhsulu idxal edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru