Ermənistandakı mədənlərin tullantı sularının Araz çayına axıdılması davam edir.
Bu barədə "Araz News" məlumat yayıb.
Məlumata görə, belə vəziyyət bölgənin ekologiyası və kənd təsərrüfatı üçün böyük həcmdə mənfi nəticələrə səbəb olur.
Mütəxəssis araşdırmaları göstərir ki, çay yatağının çöküntülərində ağır metallar yığılıb və bu, regionda su ehtiyatları, eləcə də kənd təsərrüfatı torpaqlarını çirkləndirir.