Sürücülərin nəzərinə: Sol zolaqla getməyin - VİDEO

10-10-2016, 09:24           

Rayonlararası yollarda sağ zolaq boş olduğu halda, avtomobili sol zolaqla idarə etmək qadağan olsa da, əksər sürücülər bundan xəbərsizdir.

İnzibati xətalar məcəlləsinə əsasən yaşayış məntəqələrindən kənarda sağ zolaq boş olduğu halda, sol zolaqla hərəkət edən sürücüləri 40 manat cərimə gözləyir. Həmdə yol boyu bu pozuntuya görə sürücülər bir yox, bir neçə dəfə cərimələnə bilər. Əksər sürücülər isə bu qaydadan xəbərsizdir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, üstülik sürücülər uzun yol getdikləri zaman bu xətanı mütəmadi olaraq törədirsə, hər dəfə müşahidə kamerlarının yanından keçərkən onlar haqqında cərimə protokolu tərtib edilə bilər.

Amma magistral yolun sağ hərəkət zolağında hərəkət mümkün olmadığı və yaxud çətin olduqu vaxtlarda sürücülərə sol zolaqda hərəkət etməyə icazə verilir. Belə hal isə ən çox Bakı-Quba yolunda müşahidə edilir. Bu yolun sağ zolağı dağıldığından, sürücülər sol zolaqda getməyə məcbur olurlar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.