ABŞ-ın mina gəmisi Yəməndə raket hücumuna məruz qalıb
10-10-2016, 10:28
Amerikaya məxsus mina gəmisi Yəmən sahillərinə yaxın beynəlxalq sularda raket hücumuna məruz qalıb, gəmiyə ziyan dəyməyib. Bu barədə bazar günü ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb. Hərbçilərin fikrincə, raketlər üsyançı husilərin nəzarəti altında olan ərazidən atılıb.