Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 1-Cİ YOL
10-10-2016, 12:08
İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük.
Onsuz da bir gün istər-istəməz etdiyimiz səhvlərlə üzləşəcəyik. Amma həmin xətaları düzəltmək yönündə edəcəyimiz işləri təxirə salmaq bizə nə üçün və nə vaxta kimi lazımdır?
FaktXəbər olaraq özümüzü aldatdığımız 40 məsələni təqdim edirik. Yorucu olmasın və düşünmək üçün vaxt qalsın deyə, həmin məsələlərdən hər gün birini təqdim edəcəyik.
1 - MƏNİM QƏLBİM TƏMİZDİR
"Mənim qəlbim təmizdir" ifadəsi tez-tez qarşılaşdığımız bir cümlədir. Hətta bu hal o qədərdir ki, az qala ürəyi təmiz olmayan bir nəfərin də olmadığını düşünə bilərik. Amma insan üçün ən təhlükəli məsələ, qəlbinin təmiz olduğu iddiası ilə dini göstərişləri nəzərə alınmamasıdır.
Adətən bunun üçün irəli sürülən bəhanələr özünü, "Mən namaz qılmıram, oruc tutmuram, amma qəlbim təmizdir" şəklindəki mövqe ilə bərabər, ibadətləri əhəmiyyətsiz hesab etmək, ya da dinin bütün əmr və qadağalarının "Allahın insanlardan istədiyi təmiz bir ürəyə sahib olmaq deyilmi?" şəklindəki şəxsi düşüncə və fikirlərə çevirilməklə göstərir. Onlar elə insanlardır ki, bəzi kiçik sürüşmələr istisna olmaqla günahın böyük və murdarlıqlardan çəkinirlər.
"...Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O sizi həm torpaqdan yaradanda, həm də analarınızın bətnində rüşeym halında olanda çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır." ("Nəcm", 32)
Ayədən də göründüyü kimi, Allah-təala kimin kim olduğunu yaxşı bilir, kimsə özünü təmizə çıxarmağa çalışmamalıdır.