“Samsung” istehsalı dayandırdı

10-10-2016, 22:06           
“Samsung” istehsalı dayandırdı
“Samsung” şirkəti partlamalarla gündəmə gələn “Galaxy Not 7” seriyalı telefonların istehsalını dayandırıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı qərar bu gün qəbul edilib.
Məlumatda bildirilir ki, şirkət “Galaxy Not 7”-nin qızma səbəbilə meydana gələn partlaması və yanması səbəbindən istehsalına fasilə verib. Cənubi Koreyanın “Yonhap” agentliyi şirkətdəki mənbəyə istinadən yaydığı xəbərdə bildirir ki, “Galaxy Not 7”-dən çoxsaylı şikayətlərin edilməsi qərarın qəbulunu tezləşdirib.
Qeyd edək ki, şirkət ötən ay qızma probleminin yaranması səbəbindən 2,5 milyon telefonu dəyişmək üçün geri çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru