Avtobuslarda gedişhaqqı artırılır? - RƏSMİ AÇIQLAMA

11-10-2016, 01:40           
Avtobuslarda gedişhaqqı artırılır? - RƏSMİ AÇIQLAMA
"Avtobuslarda gedişhaqqının artırılması ilə əlaqədar Tarif Şurasına təklif göndərməmişik".

Bunu ANN.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin sözçüsü Nuridə Allahyarova qiymət artımı ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib.

Mətbuat katibinin sözlərinə görə, qiymət artımının olması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi Tarif Şurasına təklif göndərməlidir: "Belə bir təklif göndərməmişik. Qiymət artımının olması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur".

Məsələ ilə əlaqədar "Baku Bus" MMC-nin mətbuat katibi Mansur Piriyevlə əlaqə saxladıq. Qurum rəsmisi hazırda qiymət artımın olmadığını vurğuladı: "Baku Bus"-da qiymət artımı və güzəştlərin tətbiq edilməsi bizim səlahiyyətimizdə olan iş deyil. Ümumiyyətlə qiymət artımı yoxdur".

"Gedişhaqlarının artırılmasını Tarif Şurası həyata keçirir. Bu da Bakı Nəqliyyat Departamentinin təklifindən sonra ola bilər." - deyə Mansur Piriyev əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru