Tərtərdə Nizami küçəsi yenidən qurulur

11-10-2016, 10:47           


teref.az - Tərtər şəhəri günü-gündən dəyişir, gözəlləşir, yeniləşir. Bu gözəllik şəhərin bütün küçələrində hiss olunur. Kanalizasiya və su xətti çəkildikdən sonra küçələrdə tikinti-abadlıq işləri aparılır. Bu gün şəhərin Nizami küçəsində xüsusi bir canlanma var. Küçənin hər iki tərəfində səki daşları düzülür, kommunikasiya xətləri qaydaya salınır, istinad divarlarında bərpa işləri aparılır. Yolkənarı yaşıllıq zolaqları qaydaya salınır, yeni ağaclar əkilir. Səkilərin tamet örtüyündə təmir-bərpa işlərinə başlanılmış, elektirik xətləri dəyişdirilərək SİP kabel xəttinə keçmişdir. Müasir gecə işıqlandırılması sistemləri quraşdırılmışdır. Hazırda isə küçənin asfaltlanması üçün hazırlıq işləri görülür.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru