Selfi çəkmək istəyən 12 yaşlı qız 17-ci mərtəbədən yıxılaraq ölüb
13-10-2016, 00:02
Rusiyanın Perm şəhərində faciə baş verib. Virtualaz.org RenTV-yə istinadən xəbər verir ki, effektli selfi çəkmək istəyən 12 yaşlı qız 17-ci mətrtəbədə yerləşən mənzillərinin pəncərəsindən yıxılıb. Məktəbli hadisə yerində həlak olub. Mənbə bildirir ki, faciə baş verən an qızın anası evdə olub. Polis hadisənin araşdırılmasına başlayıb.