800 min dolları ölkədən çıxarmaq istədi – Gömrükdə əməliyyat

14-10-2016, 00:17           
800 min dolları ölkədən çıxarmaq istədi – Gömrükdə əməliyyat
Gömrükçülər külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi “Mercedes E class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.