Çovdarova rus pasportunu hansı prezident alıb?
14-10-2016, 09:12
MTN generalı Akif Çovdarovun Rusiya vətəndaşı olması haqda iddialar təsdiqlənir
Bir müddət əvvəl mətbuatda bu barədə xəbərlər tirajlanmışdı. Çovdarovun Rusiya vətəndaşlığı Gürcüstanda Eduard Şverdnadze iqtidarı dövründə gerçəkləşib.
Gürcüstanın o dönəmki iqtidarı əslən gürcüstanlı olan A.Çovdarovun Rusiya vətəndaşlığı almasında yardımçı olub. İddialara görə, Şverdnadze hakimiyyətinin Kremllə münasibətləri MTN generalına pasport almağa imkan yaradıb.
Məqsəd Gürcüstan iqtidarı ilə biznes əlaqələri və eyni zamanda Rusiyadakı taxta-şalban ticarətini genişləndirmək olub.
Məlum olduğu kimi, ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qətlə yetirilən qardaşı Mahirlə Çovdarovun Rusiyada biznesi olub. teref.az politika.az-a istinadən yzır ki, Çovdarov bu işləri Rusiya vətəndaşı kimi asanlıqla həyata keçirirmiş. Gürcü prezidentin hesabına rus pasportu daşıyan Çovdarov indiyə qədər də qeydiyyatdadır.
Bu məsələlər də araşdırıla bilər. Hazırd Gürcüstandan Çovdarova dəstək bəyanatı verən bəziləri də məhz zamanında onunla əlbir olanlardır.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbayel Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.