Bakıda zirehli maşın qəzaya düşdü

14-10-2016, 14:44           
Bakıda zirehli maşın qəzaya düşdü
Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb.

Report-un xəbərinə görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Suraxanı Rayon Polis İdarəsinə (RPİ) məxsus dustaq aparmaq üçün nəzərdə tutulan zirehli “Mersedes” markalı mikroavtobus Mərdəkanda qəzaya düşüb. Mikroavtobus “Toyota” markalı digər avtomobillə toqquşub.

Qəza zamanı mikroavtobus Suraxanı RPİ-nin Müvəqqəti Saxlama Yerindən Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına dustaq aparırmış.

Hadisə ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru